IT'S MORE THAN JUST OIL. IT'S LIQUID ENGINEERING.

  1. Главная
  2. CASTROL В ЦЕНТРАЛЬНОЙ АЗИИ И МИРЕ
  3. CASTROL AZƏRBAYCANDA
  4. CASTROL SEVİNDİRİR

CASTROL SEVİNDİRİR

“Castrol Sevindirir” korporativ sosial məsuliyyət layihəsi çərçivəsində bayram və özəl günlərdə (Yeni il bayramı, Novruz bayramı, Uşaqların Beynəlxalq Müdafiəsi Günü və s.) müxtəlif bölgələrdə, ucqar kəndlərdə yaşayan uşaqlara istədikləri hədiyyələr paylandı, müsabiqələr keçirildi.

 

Korporatov Sosial Məsuliyyət layihəsi olan “Castrol Sevindirir”  ilk olaraq İsmayıllı rayonundan başlanıldı. Yeni il bayramından 1 ay öncə ucqar dağ kəndlərinə üz tutaraq uşaqlardan “Şaxta Babadan nə istəyirsən?” sualının cavabını aldıq. Hazırlıqları tamamladıqdan sonra Şaxta Baba və Qar Qız rayonun ucqar kəndlərdə yaşayan uşaqlara Yeni il boğçalarını təqdim elədi. Bayram ərzində 130-a yaxın uşağa hədiyyə verildi.

'This video has been optimised for iOS 14 and above. For the best experience, please update your software.'
Castrol Sevindirir Lankaran, Jidi
Castrol Sevindirir Lankaran, Jidi
Castrol Sevindirir Lankaran, Jidi
Növbəti addımda Lənkəranın Jidi kəndinə üz tutduq. Kənddə yerləşən məktəbə daha əvvəl gedərək yenidən uşaqların arzularını soruşduq. Alınan cavablar daha çox oyun parkının salınması istiqamətində idi. Hazırlıqları tamamladıqdan sonra Novruz Bayramı münasibətilə məktəbin şagirdləri üçün oyun parkı salındı. Proses müddətində bizə məktəbin ibtidai sinif müəlliməsi Leyla Qarazadə dəstək oldu.
'This video has been optimised for iOS 14 and above. For the best experience, please update your software.'
castrol sevindirir december 2022

Layihənin üçüncü hissəsində 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Təbiətin sehri” rəsm müsabiqəsi keçirildi. Müsabiqə onlayn şəkildə, iki mərhələdən ibarət olaraq sosial media səhifələrimizdə reallaşdı.

 

Prosesin tam şəffaf olması üçün 2 peşəkar rəssamın iştirakı ilə juri heyəti yaradıldı. İlkin mərhələdə 150 uşağın müraciət etdiyi müsabiqədə, 13 nəfərin finala keçdiyi və yalnız 5 nəfərin qalib olduğu müsabiqə uğurla tamamlandı. Qaliblərə müvafiq olaraq 6 aylıq rəsm kursu, teleskop, rəsm ləvazimatları hədiyyə edildi.

Castrol Sevindirir
“Castrol Sevindirir” korporativ sosial məsuliyyət layihəsi növbəti bayramlarda yenidən keçiriləcək.